
Amazon meşəliyində itən ovçu möcüzəli şəkildə sağ qalıb
Amazon cəngəlliyində itən ovçu bir ay qurd yeyərək sağ qalıb.
Busaat.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Məlumatda Boliviyanın şimal bölgələrində 4 dostu ilə ova çıxan Conattan Akostanın qrupdan ayrıldıqdan sonra Amazon cəngəlliklərində azdığı bildirilib.
Meşədə 4-cü günündə ayaq biləyini sındıran Akosta yırtıcılardan gizlənərək sağ qalmağı bacarıb. İtən zaman yanında fənər və bıçaq kimi ov ləvazimatları olmayan Kosta, tüfəngində yalnız bir güllə olduğunu söyləyib. Akosta ayaqqabılarına doldurduğu yağış suyunu içərək, həşərat və qurdlar yeyərək sağ qalıb. Amazon cəngəlliyində 31 gündən sonra tək tapılan Akosta, “İnsanların məni bu qədər uzun müddət axtardığına inana bilmirəm, bu inanılmazdır”, – deyib.
17 kilo arıqlayan Akosta yaşadığı təcrübədən sonra ovçuluğu dayandırmaq qərarına gəlib.
Busaat.az























