“Anadolu” agentliyi Füzulinin abidələrindən yazdı

“Anadolu” agentliyi Füzulinin abidələrindən yazdıbackend

Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Füzuli şəhərində ermənilərin dağıtdığı tarixi və mədəni abidələrdən biri də görkəmli memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Hacı Əli Əkbər Məscididir.
“Anadolu” agentliyinin bölgədən hazırladığı reportajda bildirilir ki, Qarabağın və Azərbaycan memarlığının görkəmli simalarından biri olan Qarabağinin tikdirdiyi Hacı Əli Əkbər Məscidindən geriyə minarə və sütunların dağıntıları qalıb.
Füzulinin 1993-cü ildə işğalı zamanı şəhərin bir çox memarlıq abidəsi kimi sözügedən məscid də ermənilər tərəfindən tamamilə dağıdılıb.
Bununla yanaşı, şəhər qəbiristanlığı da işğal zamanı yerlə-yeksan edilib. Qəbiristanlıqda kiril əlifbası ilə yazılmış bir çox müsəlman qəbrinin olduğu bildirilir. Orada şəhərin bir çox tanınmış siyasətçisi və sənətkarının heykəlləri dağıdılmış vəziyyətdə tapılıb.
Füzuli şəhər mərkəzi və kəndlərinin əksəriyyəti 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl ərazisi 1386 kvadrat kilometr olan Füzulidə 144 min azərbaycanlı yaşayırdı. Bölgənin 1990-cı illərdə erməni qüvvələrinə qarşı döyüşlərdə 1100-dən çox şəhid verdiyi məlumdur. Erməni qüvvələrinin hücumları nəticəsində təxminən 1500 füzulili yaralanıb və 155 uşaq valideynlərini itirib. 1 şəhər mərkəzi, 1 qəsəbə və 75 kənddən ibarət olan Füzulinin yalnız 20 kəndi işğal edilməmişdi.
Füzuli Azərbaycan Ordusu tərəfindən 17 oktyabrda Ermənistan işğalından azad edilib.

İradə Abbas

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki