Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.78 $▼3.99%
  • WTI neft82.70 $▼2.41%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.190 $▲0.89%
  • Qızıl3 774 $▼0.34%
  • Gümüş45.70 $▼0.24%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda603.25 ¢▼0.33%
  • Bitcoin64 612 $▼0.40%
  • Ethereum1 809 $▼0.74%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Ankara Əfqanıstandakı vəziyyəti diqqətlə izləyir” - Hulusi Akar

image-akar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə vətəndaşlarının Kabildən təxliyyə prosesinə Türkiyə HHQ cəlb edilib.

Busaat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar İstanbulda keçirilən “IDEF – 2021” 15-ci Beynəlxalq Müdafiə Sərgisində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, Ankaranın Əfqanıstandakı vəziyyəti diqqətlə izlədiyini deyib:

“Biz Kabil hava limanı ilə bağlı öz mövqeyimizi əvvəldən bildirmişik. Türkiyənin məqsədləri hər kəsə məlumdur. Əlverişli şəraitdə biz öz missiyamızı davam etdirəcəyik. Paytaxt aeroportunun fəaliyyəti Əfqanıstanın maraqlarına cavab verir.”

Nazir qeyd edib ki, hava limanı ərazisində baş vermiş son faciəvi hadisələr və qarışıqlıq fonunda Kabil aeroportunun işi dayandırılmışdı.  Sonra Türkiyə Silahlı Qüvvələrinin və digər ölkələrin hərbi qulluqçularının səyləri nəticəsində sabitliyi təmin etmək mümkün oldu.

Akar bildirib ki, təyyarələr təhlükəsiz şəkildə uçuş və eniş edirlər:

“Son iki gün ərzində 62 uçuş həyata keçirilib. Bir çox ölkələr vətəndaşlarını Əfqanıstandan təxliyyə edirlər. Türkiyə Hərbi Hava Qüvvələri də Türkiyə vətəndaşlarının Əfqanıstandan təxliyyə edilməsinə başlayıb. Aeroportun işinə maneə yoxdur. Təhlükəsizlik təmin edilib. Danışıqların yekunlarına görə, vəziyyət aydınlaşacaq və onda yekun qərar qəbul ediləcək.”

Nazir, həmçinin vurğulayıb ki, Əfqanıstanda Türkiyə hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirlər görülüb. Hərbçilərin həyatı üçün istənilən risk yolverilməzdir.

“Hazırda vəziyyət sabitdir. Təxliyyə davam edir. Amma biz prosesləri diqqətlə izləyirik. Türkiyə hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirlər görülür. Vəziyyətdə hər hansı bir dəyişiklik olarsa, biz müvafiq tədbirlər görəcəyik”, – deyə türkiyəli nazir əminlik ifadə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=55350