
Ankara taxıl sazişinin yenilənəcəyi təqdirdə onu 12 ay müddətinə uzatmaq istəyir
Türkiyə, Rusiyanın taxıl sazişinə qayıtması halında, onun dərhal 12 ay müddətinə uzadılmasının tərəfdarıdır.
Busaat.az bu barədə 24TV kanalına istinadən xəbər verir.
Telekanal bildirir ki, Ərdoğan Putinlə telefon danışığı zamanı taxıl sazişinin uzadılmayacağı təqdirdə dünyanın üzləşəcəyi problemləri bir daha açıqlayıb.
Bundan başqa , Ankaranın taxıl müqaviləsinə qayıtması üçün Rusiyanın tələblərini yerinə yetirmək üçün hansı addımları atmaq niyyətində olduğu açıqlanmır.
Xatırladaq ki, Putin və Ərdoğan arasında telefon danışığı baş tutub. Prezidentlər mümkün görüşün hazırlanması barədə razılığa gəliblər, Moskva ilə Ankara arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, enerji sektorunda layihələrin həyata keçirilməsi və turizm sənayesində əməkdaşlığı müzakirə ediblər.
Busaat.az























