Türkiyənin paytaxtı Ankara şəhərində ağır yol qəzası baş verib.
Busaat.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kahramankazan adlı ərazidə səhər saatlarında iki avtomobilin toqquşması nəticəsində 6 nəfər dünyasını dəyişib.
Qəzada daha 3 nəfər isə yaralanıb.
Hadisə yerinə çox sayda təcili yardım avtomobili və polis əməkdaşları cəlb olunub.