
Ankarada daha 24 İŞİD üzvü saxlanıldı
Türkiyənin paytaxtı Ankarada qarşıdurma bölgələrində terror təşkilatı İŞİD üzvləri ilə əlaqədə olduğu müəyyən edilən 30 əcnəbi şübhəlidən 24-ü saxlanılıb.
Busaat.az xəbər verir ki, əməliyyat Ankara Polis İdarəsi Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi qrupları tərəfindən keçirilib.
Məlumata görə, fərqli ünvanlarda eyni vaxtda keçirilən əməliyyatlar zamanı 30 şübhəlidən 24-ü saxlanılıb.
Əldə edilən kəşfiyyat məlumatları çərçivəsində digər şübhəlilərin saxlanılması istiqamətndə tədbirlərin davam etdiyi, qaçan şübhəlilərin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.
Busaat.az























