
Ankarada İŞİD əməliyyatı: 9 şübhəli yaxalandı
Ankarada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 9 əcnəbi şübhəli saxlanılıb.
Busaat.az xəbər verir ki, əməliyyat Ankara Polis İdarəsi Terrorla Mübarizə (TEM) və Kəşfiyyat şöbə müdirlikləri tərəfindən həyata keçirilib.
Belə ki, araşdırmalar nəticəsində münaqişə bölgələrindəki İŞİD üzvləri ilə əlaqədə olduğu müəyyən edilən 10 əcnəbi şübhəlinin saxlanılması üçün əməliyyat keçirilib.
Şəhər daxilində eyni vaxtda həyata keçirilən əməliyyatda 9 şübhəli saxlanılıb. Axtarışlar zamanı çox sayda sənədlər və rəqəmsal materiallar ələ keçirilib. Əməliyyat zamanı şübhəlilərdən biri hdisə yerindən qaçıb.
Hazırda qaçan şübhəlinin saxlanılması istiqamətində işlər aparılır.
Busaat.az























