
Ankaranın Kiyevə kaset bombası verməsi ilə bağlı xəbərləri şübhə altına alırıq – Peskov
Türkiyənin Ukraynaya kaset bombaları tədarük etməyə başlaması barədə xəbərlərin etibarlılığından danışmaq çətindir, Kreml vəziyyəti izləyir.
Busaat.az “RİA Novosti”yə istinadən cxəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov Rusiya və Türkiyənin tərəfdaş olduğunu xatırladıb.
“Burada, əlbəttə ki, hesabatların etibarlılığından danışmaq çətindir. Bilirsiniz ki, etibarlı xəbərlərdən daha çox saxtakarlıq var. Ona görə də, təbii ki, biz bütün bu məlumatları diqqətlə izləyirik” – deyə, Peskov məsələni şərh edib.
Peskov Türkiyənin Ukraynaya “Bayraktar” pilotsuz uçan aparatları tədarük etdiyini xatırladıb və Türkiyənin NATO üzvü kimi öhdəliklərinin olduğunu qeyd edib.
“Eyni zamanda, Türkiyəni və bizi qarşılıqlı fayda, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və ən çətin problemləri müzakirə etməyə qarşılıqlı hazırlığa əsaslanan çox güclü tərəfdaşlıq birləşdirir” – deyə, Peskov yekunlaşdırıb.
Qeyd edək ki, bir müddət əvvəl “Foreign Policy” qəzeti ABŞ və Avropa İttifaqı nümayəndələrinə istinadən yazıb ki, Türkiyə 2022-ci ilin noyabr ayından Ukraynanı ABŞ tipli kaset sursatları ilə təmin edir.
Busaat.az























