
Antalyada meşə yanğını başlayıb, helikopter və təyyarələr cəlb edilib
Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə yanğın başlayıb.
Busaat.az yerli KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 3 helikopter, 4 təyyarə, 7 suçiləyici və 6 su tankeri cəlb olunub.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil.























