
Antarktidada qeyri-adi dəniz canlısı aşkar edilib
Antarktidada tədqiqatçılar 20 qolu və çiyələyə bənzər forması olan yeni növ dəniz canlısı aşkar ediblər.
Busaat.az xəbər verir ki, bu barədə türk mediası məlumat paylaşıb.
Tədqiqatçılar dərc etdikləri məqalədə oxşarlığına görə adını latın sözündən “çiyələk” mənasını verən “Promachocrinus fragarius” adlandırılan canlı haqqında təfərrüatlara yer veriblər.
Yeni kəşf edilən dəniz canlısının iki fərqli qolu olduğu bildirilərkən, altındakı qolların kobud və zolaqlı, yuxarıdakıların isə daha tüklü olduğu qeyd edilib.
Bildirilib ki, böyük” ölçülərə malik olan “Promachocrinus fragarius” okeanın 65-6500 fut (təxminən 19-1981 metr) dərinliklərində yaşayır.
Araşdırmanın təfərrüatları “Onurğasızların Sistematikası” jurnalında dərc olunub.























