
AP-də korrupsiya istintaqında iki deputatın toxunulmazlığı LƏĞV EDİLİB
Avropa Parlamenti ilə bağlı aparılan korrupsiya araşdırmasında iki deputatın toxunulmazlığı ləğv edilib.
Busaat.az xəbər verir ki, Avropa Parlamentinin Hüquq Məsələləri Komitəsinin bağlı qapılar arxasında keçirilən iclasında Andrea Kozzolino və Mark Tarabellanın toxunulmazlıqları məsələsi qaldırılıb.
Hər iki deputatın tələbi ilə bağlı hesabatları hazırlayan komitənin üzvü, Fransa millət vəkili Manon Aubri, komitənin yekdilliklə toxunulmazlıqlarının qaldırılmasına qərar verdiyini açıqlayıb.
İclasın sonunda Aubry bildirib ki, ” Komitə daha əvvəl heç vaxt bu qədər tez qərar verməmişdi. Ədalətin ən qısa zamanda təmin edilməsi üçün tez hərəkət etmək istədik “.
Kozzolino və Tarabellanın toxunulmazlığının aradan qaldırılması üçün hesabatlar da AP Baş Assambleyasında səsə qoyulmalıdır. Səsvermənin cümə axşamı keçiriləcəyi və ümumi yığıncağın böyük səs çoxluğu ilə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Belçika rəsmiləri tərəfindən aparılan korrupsiya, rüşvətxorluq və çirkli pulların yuyulması istintaqı çərçivəsində ötən ilin dekabrında bir çox məntəqələrdə axtarışlar aparılıb, 1,5 milyon avro nağd pul ələ keçirilib və 4 nəfər saxlanılıb.
Busaat.az























