
Aqustun 1-dən Rusiyada elektron vizaların tətbiqinə başlanılacaq
Bu il avqustun 1-dən etibarən Rusiyada elektron vizaların işə salınması ideyasının müəllifi Rusiya prezidenti Vladimir Putindir.
Busaat.az xəbər verir ki, Baş nazirin müavini Tatyana Qolikova dövlət başçısından avqustun 1-dən ölkədə elektron vizaların tətbiqinə başlanılması təklifini dəstəkləməyi xahiş edib.
“Yaxşıdır. Bütün bunları vaxtından əvvəl etdiyiniz üçün sizə təşəkkür edirik. Şübhəsiz ki, bu, insanlara kömək edəcək”, – Putin bildirib.
Qeyd edək ki, Rusiya 2021-ci ildən başlayaraq 52 ölkənin vətəndaşlarına elektron vizaların verilməsini nəzərdə tutan qanun qəbul edib. Lakin pandemiya səbəbindən qanun qüvvəyə minməyib.
Busaat.az























