
Aralıq dənizində FACİƏ: Miqrant qayığı çevrildi, 30 miqrant itkin düşdü
İmmiqrantları daşıyan və Liviyadan yola düşən qayıq Orta Aralıq dənizində batıb, 30 immiqrantın itkin düşüb.
Busaat.az xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizəsi açıqlama yayıb.
Məlumata görə, Aralıq dənizində immiqrantları daşıyan daha bir qayıq batıb. İtaliya Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada, Liviyadan yola düşən və mühacirləri daşıyan qayığın Mərkəzi Aralıq dənizində əlverişsiz hava şəraiti səbəbiylə çevrildiyi, 30 immiqrantın itkin düşdüyü, 17 immiqrantın isə xilas edildiyi bildirilib.
Gəmidə ümumilikdə 47 nəfərin olduğu qeyd edilib.
Digər tərəfdən İtaliyanın Calabria bölgəsindəki Crotone sahil qəsəbəsi Steccato di Cutro sahillərində fevralın 26-da baş verən qayıq qəzasında 74 immiqrant həyatını itirib.
Busaat.az























