
Aralıq dənizində miqrant gəmisi qəzaya uğrayıb - yüzlərlə pakistanlı həlak olub
Yunanıstan sahillərində balıqçı gəmisinin batması nəticəsində 300-dən çox Pakistan vətəndaşı həyatını itirib.
Busaat.az xəbər verir ki, bubbarədə CNN Pakistan rəsmisinin bəyanatına istinadən məlumat yayıb.
Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani bazar günü verdiyi açıqlamada rəqəmləri açıqlayıb.
BMT-nin Miqrasiya Agentliyi ötən həftə batan qayıqda təxminən 750 kişi, qadın və uşağın olduğunu, yüzlərlə insanın öldüyünü, hadisənin Aralıq dənizində baş verən ən dəhşətli faciələrdən biri olduğunu açıqlayıb.
Busaat.az























