Armen Qriqoryan Hindistanın XİN rəhbəri ilə görüşüb

image-1097691backend

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caishankar ilə Yeni Dehlidə terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə “Terrora pul yoxdur” adlı sammitin 3-cü konfransı çərçivəsində görüşüb.

Busaat.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Qriqoryan açıqlamasında deyib: “Mən Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caishankar ilə Yeni Dehlidə “Terrora pul yoxdur” konfransı zamanı qısa söhbət etdim”.

Görüşün təfərrüatları barədə əlavə məlumat verilməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90