Artan inflyasiya: 2025-ci ildə əməkhaqları bu qədər qaldırılmalıdır, yoxsa…

image-7551c2c5a812ad53cba727177a400065backend

İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 2,7 faiz olacağını gözləyir. Proqnoz İqtisadiyyat Nazirliyinin beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı təhlillərini, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirlərini əsas götürərək hazırlanıb.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, inflyasiya tempinin sabitləşmə meyilləri daha güclüdür:

“İqtisadiyyat Nazirliyinin proqnozu reallığa daha yaxındır. Təbii ki, burada ekzogen və daxili faktorlar prosesə təsir göstərməklə vəziyyətin dinamikasını dəyişə bilər. Məsələn, 2024-cü ilin təcrübəsi onu göstərir ki, bəzi hallarda dövlət müəssisələrinin dövlətin təbii inhisarında olan sahələrdə qiymətin artırması da inflyasiyaya təsir göstərir. Bu kimi qərarlar nə qədər realizə olunarsa, təsirləri də çox olacaq. Aydındır ki, dünyada siyasi-iqtisadi mühit sabitlik proqnozu verməkdə çətinlik yaradır. Bununla belə cari vəziyyəti nəzərə alsaq, İqtisadiyyat Nazirliyinin 2,7 faizlik proqnozu ehtimallara yaxındır. Çünki son dövrlərdə bu istiqamətdə sabitləşməni müşahidə edirik. Hətta bəzi məhsulların qiymətlərində ucuzlaşma da qeydə alınır. O ki qaldı pensiyaların, əmək haqqının artırılmasına bu məsələ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapır. Yəni qanuna uyğun olaraq, orta aylıq əmək haqqında artım tempi səviyyəsində indeksləşdirilir”.

Ekspert əlavə etdi ki, bu da təxminən 2025-ci ildə pensiyaların 8-8,5 faiz ətrafında artırılacağı ilə bağlı proqnoz verməyə əsas verir:

“2025-ci ilin dövlət büdcəsində sosial xərclərin 14 faizə yaxın artırılması nəzərdə tutulub. 2024-cü ildə rəsmi rəqəmlərlə 8,8 faiz göstərilən inflyasiya qeydə alınsa da, sosial paketlər açıqlanmadı, əmək haqqı artırılmadı. Bu yığılıb qalmış təzyiqləri, əhalinin gəlirlərindəki dəyərsizləşməni və 2024-cü ilin inflyasiyasını da nəzərə almış olsaq, 2025-ci ildə əməkhaqlarının orta hesabla 10-15 faiz artırılması zərurəti ortaya çıxır. Düşünürəm ki, hökümət bu istiqamətdə qərar qəbul etməlidir. Əks halda əhalinin alıcılıq gücü daha da pisləşəcək. Bu da dolayısı ilə iqtisadiyyatın böyüməsi tempinin aşağı düşməsi, məşğulluğun zəifləməsi deməkdir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki