Artıq ikilistandartlar siyasətindən əl çəkməyin vaxtı çatıb” – Partiya sədri

Artıq ikilistandartlar siyasətindən əl çəkməyin vaxtı çatıb” – Partiya sədribackend

 

“Gəncə şəhərinin dinc sakinlərinin ağır artilleriya vasitələri ilə atəşə tutulması heç bir bəşəri prinsiplərə və hüquqi normalara sığmır”.

Bunu ötən gün Azərbaycanın ikinci böyük şəhəri, strateji əhəmiyyətli tarixi paytaxtı Gəncə şəhərinin və eləcə də Beyləqanın, Tərtərin Ermənistan tərəfindən güclü artilleriya atəşinə tutulması və kütləvi raket
zərbələrinə məruz qalmasına münasibət bildirən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Busaat.az-a açıqlamasında deyib.

Əlisahib Hüseynova görə, Ermənistanın bu davranışı insanlığa qarşı cinayətdir:

“Çünki məhz Ermənistanın Baş naziri Nikol Paşinyanın birbaşa göstərişi ilə məqsədyönlü şəkildə həyata keçirilmiş bu atəş və zərbələr nəticəsində dinc əhali arasında ölən və xəsarət alanlar var, eləcə də çoxlu sayda mülki obyektlərə ziyan dəyib. Xüsusən də münaqişə zonasından və Ermənistan sərhədindən xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artilleriya vasitələri ilə atəşə tutulması heç bir bəşəri prinsiplərə və hüquqi normalara sığmır. Ermənistan rəhbərliyi bu cinayətkar addımı atmaqla 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud surətdə pozub və buna görə məsuliyyət daşıyır.

Qeyri-müharibə zonasındakı şəhərlərimizə və mülki əhalimizə qarşı bu cür vəhşi
davranışına görə Ermənistan Beynəlxalq Haaqa Məhkəməsinə verilməlidir. BMT rəhbərliyi və ATƏT-in
Minsk Qrupu dinc əhalimizə qarşı törədilən bu amansız hərbi cinayətə qarşı sərt münasibət bildirməli və
buna beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verməlidir. Artıq ikilistandartlar siyasətindən əl
çəkməyin vaxtı gəlib çatıb. Dünyaya, bütün insanlığa meydan oxuyan Ermənistanın terorçu-faşist
davranışları cəzasız qalmamalıdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90