Arutyunyanın “Bakı ilə müzakirələr” çağırışının PƏRDƏARXASI – TƏHLİL

image-webmap_azerbaijan_armenia_nagorno-karabakhbackend

Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra Qarabağdakı seperatçıların rəhbəri Araik Arutyunyan bölgədəki hazırki vəziyyəti göz önünə qoyan açıqlamalar verib. Arutyunyan “Qarabağın müstəqilliyini qoruya bilmək naminə” rəsmi Bakı ilə danışıqlara başlamağın labüd olduğunu vurğulayıb.

Əlbəttə, indiki şəraitdə bir vaxtlar Bakı ilə danışacaq nələrininsə olmadığını bildirən seperatçı rəhbərin indi öz istəyi ilə danışıqlara getmət niyyəti sadəcə bir mətləbin xəbərçisidir: Xankəndindəki rejim sonuna az qaldığını dərk etməyə başlayır.

Ona görə də, Arutyunyan rejimi maksimum nəticələr əldə etməyə çalışır. Bir vaxtlar seperatçıların maksimum istəyi o idi ki, Qarabağ müstəqil dövlət kimi tanınsın. Sonra isə, Ermənistana birləşsinlər. İndi isə, təxmin etmək olar ki, Xandəndindəki qanunsuz rejim özləri üçün ən yüksək status almağı və beləcə tamamilə məhv olmaqdan qurtulmağı planlayır.

Gəlin baxaq:

Son zamanlar Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ilə sülh və normallaşma prosesindən yana olduğunu bəyan edir, Qarabağdakı məsələlərə aktiv müdaxilə etmir, hətta əvvəlki kimi Erməınistan rəsmilərinin Azərbaycan torpaqlarına qanunsuz səfərlərinə də demək olar ki, rast gəlmirik.

Özünün üzləşdiyi xaotik durumda rəsmi İrəvan hesablayır ki, proseslərin sonunda mövcud Ermənistan dövlətinin varlığı belə sual altına düşə bilər, nəinki hansısa qondarma “Artsax Respublikası…”

Bu səbəblərdən əminliklə demək mümkündür ki, “ən ağıllı erməni” olan Nikol Paşinyan görüş zamanı real mənzərə barədə Arutyunyana məlumat verib və ona izah edib ki, indi əsas vəzifə Ermnənistan dövlətini xilas etməkdir. Əgər ermənilər həm Qarabağdakı seperatizmi dövlətə çevirmək iddialarını saxlayıb, həm də Ermənistan dövlətini xaotik vəziyyətdən çıxarmağa çalışsalar, o halda hər iki məqsəd biri digərinin ardınca iflas edəcək və ermənilər dövlətsiz qalacaq. Paşinyan seçim qarşısında Qarabağ iddialarından əl çəkib, İrəvan üçün çalışmağı daha ağıllı addım hesab edir…
Amma Ermənistan tərəfi Qarabağdan da belə rahatlıqla əl çəkməyəcək. Məsələn, yenə Arutyunyanın dilindən eişidirik ki, o, Qarabağın gələcəyinin Rusiyasız təsəvvür edilməz olduğunu bildirib.

Yəni, bir vaxtlar zəif və gücsüz Ermənistandan dəstək alaraq seperatzmi davam etdirən qondarma rejim, Ermənistanın “ən zəif bənd” olduğu indiki real politik vəziyyətdə regionda əsas təsir mərkəzlərindən olan Moskvadan dəstək almağa çalışır. İncə şəkildə işlənmiş plandır: Ermənistan Qarabağ problemindən kənarlaşır, öz yükünü əhəmiyyətli dərəcədə azaldır, ancaq seperatçıların əli ilə bölgədə Rusiya dəstəkli yeni işğal reallığı formalaşdırırlır ki, bu halda Azərbaycan Qarabağ üzərində de-fakto iqtidarını təmin edə bilmir. De-fakto iqtidar yenə də ermənilərin əlində qalır…
Ermənilərin niyyətinin bu cür olduğu bəllidir, ancaq bəlli olmayan bir digər və deyərdim ki əsas məsələ Rusiyanın bu plana necə reaksiya verəcəyidir.

Hər halda Rusiya prezidenti Vladimir Putin ölkəsinin düşdüyü bu ağır vəziyyətdə “Ermənilərin yeni Qarabağ oyunu”na üç prizmadan yanaşacaq:

1. Putin Rusiyanın çətin vəziyyətində ermənilərin onlara üz çevirməsini yaxşı xatırlayır və heç unutmayıb;

2. Xarici siyasətində çox ciddi problemlər yaşayan, bütün Avropa ilə üz-üzə gəlmiş və Avropaya açılan son qapısının Azərbaycan və Türkiyə olduğunu hesablayan rəsmi Moskva ermənilərin maraqlarını düşünmək istəməyəcək;

3. Tam əksini düşünəcək Moskva, hesablayacaq ki, Cənubi Qafqaza nəzarəti itirmək Rusiyanın Şimali Qafqazdakı sabitliyi və vahidliyinə də problem yarada bilər. Cənubi Qafqaza təsir etmək üçün isə, əsas bəhanə Qarabağ problemidir.

İlk iki versiyada yuxarıda qeyd etdiyimiz kimi, Qarabağ seperatçılarının sonuna çox qalmayıb və onlar rəsmi Bakı ilə müzakirə aparacaqlar: ancaq DTX-nın sorğu-sual otaqlarında…

Üçüncü versiyada isə, hadisələr uzanan templə davam edəcək. Rəsmi Bakı Moskva ilə üz-üzə gəlməyi istəməz və bu məntiqli addım sayılmaz. Ona görə də, rəsmi Bakı proseslərin həllini sakit tərzdə, beynəlxalq hüququ əsas gətirərək həll etməyə çalışacaq ki, bu da əlavə vaxt itkisidir.
Versiyaların ümumi dəyərləndirməsi zamanı söyləmək olar ki, reallığa ən yaxın versiya elə birincidir. Burada Rusiya dövlətinin hazırki siyasi idarəetməsini və onun xarakterini bilmək kifayətdir. Heç kəsə sirr deyil ki, Rusiyada dövlət Putinin təkrtərəfli qərarları ilə idarə edilir və bu qərarlar heç bir halda sorğu-sual edilmədən, qeyri-şərtsiz həyata keçirilir.

Putin isə, xaraktercə sərt və kinli bir insandır. O, heç vaxt erməni xəyanətini bağışlamayacaq. Sadəcə öz maraqlarına uyğun şəkildə istifadə etməyə davam edəcək: maraqlarına uyğun gəldiyi halda dəstək verəcək, özünün heç bir mənfəəti olmadığı situasiyalarda ənənəvi rus siyasətindən fərqli olaraq, erməniləri qorumaqda maraqlı olmayacaq. Halbuki, Rusiyada bütün tarixi zamanlarda iqtidarlar hər bir halda ermənilərin havadarı kimi çıxış edib.

İddia etmirik ki, Putin erməniləri tamamilə sahibiz qoyacaq, ancaq hər halda ermənilərin xəyanətini də unutmayacaq, cavabsız qoymayacaq.
Üstəgəl, Moskvada hesablamamış deyillər ki, Azərbaycan və Türkiyənin maraqlarına zidd şəkildə Qarabağdakı seperatizmə birbaşa dəstək vermək elə Moskvanın özünün də son “nəfəsliyini” bağlamaq olar. İndi Rusiyanın Türkiyəyə ehtiyacı var…
Hər halda, Araik Arutyunyan nə edir, hansı yolları sınayır sınasın, Qarabağda birdəfəlik həll üçün tarixi zəmin hazırdır və rəsmi Bakı bu fürsəti qaçırmaq niyyətində deyil.

Busaat.az

Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki