Busaat.az xəbər verir ki, “ASAN xidmət”in, “ASAN Könüllüləri” Təşkilatının və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə növbəti qanvermə aksiyası baş tutub.
27 Sentyabr – Anım Günü ilə əlaqədar təşkil olunan sosial təşəbbüs “Hər damla qan, qurtarılan bir can!” devizi altında baş tutub.
7 saylı Bakı “ASAN xidmət” mərkəzində gerçəkləşən tədbirdə əməkdaşlar, könüllülər ilə yanaşı vətəndaşlar da iştirak ediblər.
Aksiya zamanı toplanmış qanlar Mərkəzi Qan Bankına təqdim edilib.