Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 255 $▼1.42%
  • Ethereum1 896 $▼1.62%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Asiya ölkəsindən tarixi təklif: Türkiyə ilə şəhər qurmaq istəyirik

image-740203
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Monqolustanın Ətraf Mühit və Turizm naziri Bat-Erdene Bat-Ulzii Türkiyəni bu ölkəyə investisiya qoymağa çağırıb.

Busaat.az xəbər verir ki, Bat-Ülzii Türkiyə-Monqolustan Biznes Forumu üçün gəldiyi Ankarada iki ölkə arasındakı əlaqələrlə bağlı Anadolu Ajansına açıqlamalar verib.

“Türkləri ata-baba torpaqlarına dəvət edirik. Biz bu anlaşmanı çoxtərəfli olaraq dəyişdirməyi düşünürük. Hazırda iki ölkənin hava yolları şirkətlərinin uçuş həyata keçirməsini istəyirik. Uçuşlarda hər hansısa bir limit olmasını istəmirik, bu limitləri ləğv edəcəyik. Keçən il Türkiyədən 2 min 600 insan Monqolustana gəlib. Ölkəmizin Türkiyə ilə ortaq tarixi keçmişi var. Arxeoloji qazıntılarla da bu tarixi keçmiş üzə çıxdı. Türkiyədə demək olar ki, hər kəs Monqolustana getmək istəyir” – deyə, Bat-Ulzii iki ölkə arasında turist səfərlərini artırmaq üçün səlahiyyətlilərin tez-tez görüşlər keçirdiyini bildirib.

“Tarixi münasibətlərimiz bir neçə illik deyil, minlərlə ildir davam edir. Dostuq, tariximiz ortaqdır, amma parlamentlərarası 30 illik münasibətimiz var. Kənd təsərrüfatı və turizm kimi mövzularda problemlər var. Onları qarşılıqlı ələ almağı qəbul etdik. Nazirliklərarası münasibətləri gücləndirərək münasibətlərimizi daha da inkişaf etdirəcəyik” – deyə, Monqolustan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Munkhbat Camiyan qeyd edib.

Camiyan doğulduğu və millət vəkili seçildiyi bölgədə Orhun abidələrinin tapılmasına diqqət çəkərək əlavə edib: “Türk-Monqol tarixinin işlənilməsi və Monqolustana gələcək türk turistlərin artırılması haqqında bir çox məsələləri danışmaq istəyərdik. Monqolustanda sürətli dəmiryolunun, hava limanı və bir çox yolların inşasını artırmaq laızmdır. Biz yeni şəhər tikmək istəyirik. Bu çərçivədə Türkiyədən iş adamları ilə əməkdaşlıq etmək, onların investisiya qoymalarını istəyirik”.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88112