Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.00 $▲0.62%
  • WTI neft86.40 $▲0.85%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.319 $▲3.30%
  • Qızıl4 039 $▼2.08%
  • Gümüş51.49 $▼3.30%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 572 $▼2.24%
  • Ethereum2 050 $▼3.85%
  • S&P 5007 515▼0.45%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Asiyada yeni COVID-19 dalğası: Üç ölkədə vəziyyət kritikləşir

image-hgdt68b83oe1f8oysti0vrrej6sfav1muoybjcxw_1200
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tailand, Çin və Sinqapur yeni koronavirus dalğası ilə üzləşib və hökumətlər vətəndaşları maska taxmağa çağırır.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Nikkei Asia” portalı məlumat verib.

Qeyd olunur ki, 18-24 may tarixlərində Tailandda 53.5 min COVID-19-a yoluxma hadisəsi qeydə alınıb. Bundan əvvəl isə yanvardan mayın ortalarınadək olan dövrdə ümumilikdə 187 min yoluxma halı müəyyən edilmişdi.

Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 28 aprel – 4 may tarixlərində Çin xəstəxanalarında aparılan infeksiya testlərinin demək olar ki, 16 faizi müsbət nəticə verib. Martın son həftəsində bu göstərici 6.3 faiz təşkil etmişdi. Çinli epidemioloq Çjun Nanşan daha əvvəl bildirmişdi ki, Çində dominant olan XDV və XDV.1 ştamının yeni variantları insan immun sisteminin müqavimətinə daha davamlıdır. Bu isə o deməkdir ki, hətta peyvənd olunmuş və ya COVID-19-dan sağalmış şəxslər də yoluxma riski altındadır.

Sinqapurda da son vaxtlar COVID-19 hallarının artması qeydə alınıb. 27 aprel – 3 may tarixlərində əvvəlki həftə ilə müqayisədə yoluxma hallarında 28 faiz, xəstəxanaya yerləşdirilmə hallarında isə 30 faiz artım qeydə alınıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=165784