
Atasının rəsmi iqamətgahında qonaqlıq verən Kişida işdən qovulacaq
Yaponiyada baş nazir Kişida Fumionun katibi və böyük oğlu Kişida Şotaro rəsmi iqamətgahda verdiyi əyləncəyə görə işdən çıxarılacaq.
Yaponiyada milli “Shukan Bunshun” jurnalında “Kişida Şotaro baş nazirin rəsmi iqamətgahında qonaqlıq verib” başlıqlı xəbər paylaşılıb və bu xəbər qısa müddətdə əks-sədaları doğurub.
Busaat.az xəbər verir ki, xəbərin görüntülərində Kişidə iqamətgahda qohumları və əcnəbi qonaqları ilə əyləndiyi, qırmızı xalçalı pilləkənlərdə uzanan bir adamın pozası görünür.
Baş nazir Kişida oğlu Kişidanın rəsmi iqamətgahda davranışının onun katiblik titulu və ictimai məsuliyyətinə görə yersiz olduğunu vurğulayıb.
Öz oğlunu katib vəzifəsinə təyin etmək məsuliyyətini üzərinə götürdüyünü qeyd edən Yaponiyanın baş naziri Kişida Şotaronu iyunun 1-də vəzifəsindən azad ediləcəyini açıqlayıb.
Baş nazir Kişida deyib: “Təyinatın məsuliyyəti təbii ki, mənə aiddir və bunu ciddiyə alıram. Əzmlə irəliləyərək vəzifələrimi yerinə yetirmək istəyirəm”.
Dövlət Televiziyası NHK bildirib ki, Kişida Şotarodan əvvəl eyni vəzifədə olan Yamamoto Takayoşi yeni dövrdə katib vəzifəsinə təyin olunacaq.
2021-ci ilin oktyabrında baş nazir postuna gələn Kişida birinci ilini başa vurarkən 31 yaşlı oğlu Kişida Şotaronu icraçı katib təyin etmişdi.
O zaman Nazirlər Kabinetinin Baş Katibliyi bildirmişdi ki, təyinatla bağlı qərar “şəxsiyyət və uzaqgörənlik” əsasında “doğru adamı lazımi yerə yerləşdirmək” ideyası ilə qəbul edilib.
Busaat.az























