“Atəşkəs razılaşması tətbiq olunmayanadək Əliyev-Paşinyan görüşü baş tutmayacaq” – Erməni siyasətçi

“Atəşkəs razılaşması tətbiq olunmayanadək Əliyev-Paşinyan görüşü baş tutmayacaq” – Erməni siyasətçibackend

Düşünürəm ki, Əliyev-Paşinyan görüşü humanitar barışıq haqqında razılaşma həyata keçirilməyincə baş tutmayacaq.

Busaat.az xəbər verir ki, bunu “Parlaq Ermənistan” partiyasının parlamentdəki fraksiyasının rəhbəri Edmon Marukyan oktyabrın 21-də jurnalistlərə müsahibəsində bildirib.

Ermənistan prezidenti Armen Sarkisyanın Brüsselə səfərinə və orada bir sıra yüksək vəzifəli rəsmilərlə görüşlər keçirilməsinə toxunan Marukyan deyib:

“Vacib bir səfərdir. Bəlkə də beynəlxalq ictimaiyyətin cavabını hədəfli və obyektiv etmək kontekstində daha əvvəl təşkil edilməli idi. Bu, o deməkdir ki, diplomatiyamızda boşluqlar var və onlar bərpa olunmalıdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90