ATƏT PA-nın xüsusi nümayəndəsi Azərbaycana gəlir

image-atetbackend

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen Azərbaycana səfər edəcək.

Busaat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat paylaşılıb.

Məlumata əsasən, sentyabrın 18-dən 19-na kimi Gürcüstanda səfərdə olan Kari Henriksen regiona qayıtmaq niyyətindədir. Bildirilir ki, bu məqsədlə ATƏT PA-nın xüsusi nümayəndəsi Ermənistan və Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində ölkələrdəki daxili, həmçinin daha geniş regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90