“Atletiko” Kosta ilə yolları ayırdı – Rəsmibackend

“Atletiko” futbolçusu Dieqo Kosta ilə yolları ayırıb.

Busaat.az klubun saytına istinadən xəbər verir ki, ispan hücumçunun istəyi ilə Madrid təmsilçisi onunla müqaviləyə vaxtından əvvəl xitam verib. Razılığa əsasən, Kosta “Atletiko”nun La Liqa və ya Çempionlar Liqasındakı rəqibləri ilə razılığa gəlsə, kluba 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kosta 2017/2018 mövsümündən əvvəl “Çelsi”dən “Atletiko”ya qayıtmışdı. O, bu mövsüm La Liqada 7 matçda 2 qol vurmuşdu. 32 yaşlı oyunçunun Madrid təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyunu başa çatırdı./Qol.az