
AUKUS paktı nüvə silahlarının yayılması təhlükəsi yaradır - Çin XİN
AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ) hərbi paktı nüvə silahlarının yayılması təhlükəsi yaradır.
Busaat.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.
“Çin hesab edir ki, üç ölkə (Avstraliya, Böyük Britaniya və ABŞ) arasında əməkdaşlıq nüvə silahının yayılması üçün ciddi risk yaradır və silahlanma yarışını təşviq edir”, – diplomat bildirib.
O, Avstraliya, Kanada və ABŞ-ı “soyuq müharibə zehniyyətindən” əl çəkməyə və regionda sülh və sabitliyin qorunması üçün daha çox səy göstərməyə çağırıb.
Qeyd edək ki, Avstraliya AUKUS paktı qurulduqdan dərhal sonra 2021-ci ilin sentyabrında öz nüvə donanmasının inşasını elan edib. Kanberra daha sonra xidmət müddəti onilliyin sonunda başa çatan köhnə Collins sinifli dizel-elektrik sualtılarını əvəz etmək üçün ABŞ istehsalı olan iki Virciniya nüvə sualtı qayıqları almağı planlaşdırdığını açıqlayıb.
Busaat.az























