AVRO-2020: UEFA təşkilatçıların sayını azaldır

AVRO-2020: UEFA təşkilatçıların sayını azaldırbackend
image-busaat_banner_768x90

UEFA AVRO-2020-nin təşkili üçün 4 ssenarini nəzərdən keçirir.

Busaat.az  xəbər verir ki, variantlardan biri təşkilatçı şəhərlərin sayının 10-a endirilməsidir.

Bu halda iki şəhər ixtisara düşəcək. Daha radikal ixtisarların mümkünlüyü bildirilir. İkinci ssenari 5 təşkilatçı ölkə, üçüncü variant kimi iki ölkəli model planlaşdırılır.

Sonuncu dəfə UEFA AVRO-2012-ni iki ölkədə – Polşa və Ukraynada keçirib. Dördüncü variant isə ötən yay Avropa Liqasında olduğu kimi çempionatın yalnız bir ölkədə gerçəkləşməsidir.

Bu baxımdan Almaniyanın Şimali Reyn-Vestfaliya yarış məkanı kimi müzakirə olunur. London (İngiltərə), Vyana (Avstriya) və Lissabon (Portuqaliya) digər alternativ şəhərlərdir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90