AVRO-2024: İngiltərə və Macarıstan final mərhələsinə vəsiqə qazandılar

image-81031aac-e9aa-393d-8e44-7136acdbe81e_850backend

AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub.

Busaat.az xəbər verir ki, son gündə üç qrupun oyunları keçirilib.

C qrupunda İtaliya ilə qarşılaşan İngiltərə millisi öz meydanında qələbə qazanaraq, final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

G qrupunda qərarlaşan Macarıstan isə səfərdə Litva ilə heç-heçə edib. Bu, macarların Almaniyadakı qitə birinciliyinə vəsiqə qazanmaları üçün kifayət edib.

Qeyd edək ki, buna qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa çempionatına vəsiqəni rəsmiləşdirmişdilər.

AVRO-2024, seçmə mərhələ
VIII tur
17 oktyabr

C qrupu
22:45. Malta – Ukrayna – 1:3
22:45. İngiltərə – İtaliya – 3:1
Xal durumu: İngiltərə – 16 (6 oyun), Ukrayna – 13 (7), İtaliya – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (7).

G qrupu
22:45. Litva – Macarıstan – 2:2
22:45. Serbiya – Monteneqro – 3:1
Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva – 6 (7), Bolqarıstan – 2 (6).

H qrupu
20:00. Finlandiya – Qazaxıstan – 1:2
22:45. Şimali İrlandiya – Sloveniya – 0:1
22:45. San Marino – Danimarka – – 1:2
Xal durumu: Sloveniya – 19 (8), Danimarka – 19 (8), Qazaxıstan – 15 (8), Finlandiya – 12 (8), Şimali İrlandiya – 6 (8), San Marino – 0 (8).

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki