Avropa ABŞ və ya Çinin “izləyiciləri” olmamalıdır – Makron

image-makronbackend

Avropa Tayvanla bağlı məsələlərdə nə ABŞ-nin, nə də Çinin “izləyicisi” olmalı olduğunu deyib və Avropa İttifaqının (Aİ) “onun olmayan böhranlara qapılmaq riskinin” olduğunu vurğulayıb.

Busaat.az xəbər verir ki, bunu Çin səfərindən geri dönən Fransa prezidenti Emmanuel Makron bazar günü Fransa mediasında dərc olunan müsahibəsində deyib.

“Ən pisi, biz avropalıların bu mövzunun davamçılarına çevrilməsi və ABŞ-nin gündəmindən və Çinin həddindən artıq reaksiyasından nümunə götürməli olduğumuzu düşünmək olardı”, – deyə Makron ifadə edib.

Çinə son səfəri zamanı Makron cümə günü Çin lideri Si Tsipinlə Tayvan məsələsini müzakirə edib. Onun Yelisey Sarayındakı ofisi danışıqların gərgin keçdiyini bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki