
Avropa Birliyi Türkiyə müzakirəsini gündəlikdən çıxardı
İyunun 26-da Lüksemburqda təşkil olunacaq Avropa Birliyi Xarici İşlər Nazirləri Toplantısının gündəliyinə dəyişiklik edilib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən vəzifəli şəxs bildirib.
Onun sözlərinə görə, həmin toplantıda Türkiyədə keçirilən prezident seçkilərindən sonrakı vəziyyət ilə bağlı müzakirə aparılması planlaşdırılmışdı. Lakin qeyri-rəsmi görüşdə bu barədə danışıldığı üçün gündəlikdən çıxarılıb.
Busaat.az























