
Avropa Birliyi Türkiyə vasitəsilə Rusiyaya ixrac iddiasını rədd etdi
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell xarici işlər naziri Mövlud Çavuşoğlunun ona verdiyi statistikada göstərilən Aİ-nin Türkiyə üzərindən Rusiyaya ixracat həyata keçirdiyi iddiasını rədd edib.
Busaat.az xəbər verir ki, bu barədə Borrell özü məlumat verib.
İspaniyalı millət vəkili Antoni Comin Oliveres Türkiyənin Aİ mallarını sataraq Rusiyaya sanksiyalardan qurtulmaqda kömək etdiyini və AB-nin buna qarşı nə edəcəyini soruşub. Borrell cavabında təxminən iki həftə əvvəl Birləşmiş Ərəb Əmirliklərində Türkiyə Xarici İşlər naziri Çavuşoğlu ilə bu barədə danışdığını deyib.
“Çavuşoğlu mənə Türkiyənin Aİ-dən idxalı və Türkiyənin Rusiyaya ixracı haqqında məlumat verdi. Bu məlumat Türkiyənin Rusiyaya əhəmiyyətli miqdarda ixrac reallaşdırdığını göstərir. Ancaq Türkiyənin Aİ-dən idxalında ciddi artım yoxdur. Beləliklə, əldə etdiyim statistikaya görə, Aİ-nin Türkiyə üzərindən Rusiyaya ixrac üçbucağı qurduğuna dair bir nəzəriyyə görünmür” – deyə, Borrell qeyd edib.
Türkiyənin Rusiyaya qarşı sanksiyalarda Aİ ilə eyni xəttdə olmadığını xatırladan Borrell, “Türkiyənin Gömrük İttifaqı üzvü olduğu üçün bizimlə bir sırada olmasını istərdik, amma Çavuşoğlunun mənə verdiyi statistika bunun əksini deyir. Türkiyənin Rusiyaya ixracında artım var, amma Aİ-nin Türkiyəyə ixracında analoji artım yoxdur” – deyə, əlavə edib.
Busaat.az























