Avropa “Brexit”ə görə Britaniyanı cəzalandırdı

image-nyumanbackend

26 ölkənin mübarizə apardığı “Avroviziya-2021” mahnı müsabiqəsinin sonuncusu Böyük Britaniya olub.

Busaat.az xəbər verir ki, ingilis müğənni Ceyms Nyuman “Ember” adlı mahnısı ilə həm münsif, həm də tamaşaçı səsverməsindən 0 bal alıb. Bununla da İngiltərə 18 ildən sonra Avropadan yenidən xal almamaqla gözlənilməz nəticə əldə edib.

“The Daily Mail”, “The Guardian”, “Entertainment Daily” kimi nüfuzlu qəzetlər mədəniyyət yarışmasının siyasiləşdirildiyini iddia edib. Belə ki, mətbuat bunu Böyük Britaniya ilə Avropa İttifaqı arasında “Brexit” üzrə keçid dövrü ilə əlaqələndirib. Media Avropanın “Brexit”ə görə Britaniyanı cəzalandırdığını iddia edib.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən “Brexit” üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi. Bu ilin yanvarın 1-i isə İngiltərənin Avropa İttifaqından çıxmasından (“Brexit”) sonra keçid dövrü sona çatıb və tərəflər arasında əməkdaşlıq və ticarət mövzusunda razılaşmalar qüvvəyə minib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90