Britaniyanın Baş naziri dünya dövlətlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb

image-risi-sunakbackend

Böyük Britaniyanın Baş naziri Rişi Sunak dünya ölkələrinə müraciət edib.

Busaat.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

R.Sunak Qərb müttəfiqlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb: “Kiyevə tank göndərən ilk ölkə biz idik, indi 10-dan çox başqa ölkə Ukraynaya tank verib. Ukraynalı pilotların hazırlanmasına razılıq verən ilk ölkə də biz olduq. İndi başqa ölkələr də bunu edir. Müttəfiqlərimizə demək istəyirəm ki, Ukraynaya texnika verin, qalanını özləri həll edəcək”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki