
Avropa dövlətləri “Cənnət bağı”ndan qovuldu - Aleksandr Şallenberq
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlaması Avropa dövlətlərinin “Cənnət bağı”ndan qovulması ilə nəticələnib.
Busaat.az xəbər verir ki, bu fikirləri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib.
Şallenberq “The Washington Post” qəzetinə müsahibəsində bildirib: “Mən bəzən ABŞ-li politoloq Robert Kaqandan misal çəkirəm ki, təxminən 20 il əvvəl avropalılar sülh cənnətində yaşayıb. Amma kənarda hakimiyyət uğrunda mübarizələr davam edir. 2022-ci ilin fevralında biz cənnətdən qovulduq. Heç kim Cənnət bağından qovulmağı xoşlamır”.
Diplomatın sözlərinə görə, bütün əks-sədaları tam görə bilmir: “Lakin bu, Avropanı birlikdə hərəkətə gətirib. Bu, transatlantik tərəfdaşlığı yenidən bir araya gətirdi”.
Busaat.az























