
Avropa enerji böhranı səbəbiylə kömürə üz tutur
Avropa Birliyi (AB) ölkələri Rusiya-Ukrayna müharibəsi ilə dərinləşən enerji böhranına qarşı tədbir olaraq illərdir “çirkli” adlandırdıqları və istifadəsini azaltdıqları kömürə üz tutublar.
Busaat.az xəbər verir ki, uzun illərdir ətraf mühit və iqlim dəyişikliyi siyasəti həyata keçirən və kömürdən uzaqlaşan Avropa ölkələri Rusiya-Ukrayna müharibəsinin başlaması və Rusiyadan münasib qiymətə təbii qaz axınının dayandırılması ilə bu yanaşmanı dəyişməli olub.
Müharibə ilə yeni mərhələyə keçən enerji böhranı, Avropa ölkələrində də ekoloji ictimaiyyətin kömürə qarşı təzyiqinin azalmasına səbəb verib.
Beynəlxalq Enerji Agentliyinin (IEA) illik “Kömür 2022” hesabatına görə, 2022-ci ildə qlobal kömür istehlakı əvvəlki ilə nisbətən 1,2 faiz artarkən, Aİ-də artım isə 6,5 faizə çatıb.
Beləliklə, 2021-ci ildə 449 milyon ton olan Aİ ölkələrinin kömür istehlakı 2022-ci ildə 478 milyon tona çatıb. Bu artımda elektrik enerjisi istehsalında istifadə edilən kömürə tələbatın artması təsirli olub.
Busaat.az























