
Avropa İttifaqı Macarıstana dəstəyi dayandırır? – “7,5 milyard avro...”
Avropa İttifaqı (Aİ) Komissiyası Aİ büdcəsindən Macarıstana verilən vəsaitin təxminən 7,5 milyard avro hissəsinin dayandırılmasına çağırıb.
Busaat.az xəbər verir ki, buna səbəb kimi Macarıstan tərəfinin qanunun aliliyini pozması göstərilib.
Avropa İttifaqı Komissiyasının büdcə və idarəetmədən məsul üzvü Yohannes Hahn keçirdiyi mətbuat konfransında bildirib ki, ilk dəfə tətbiq edilən şərtlilik mexanizmi Aİ-nin büdcə və maliyyə maraqlarının qorunmasını təmin etmək məqsədi daşıyır. “Komissiyanın Avropa İttifaqına göndərdiyi və Macarıstanın qanunun aliliyini pozmasına qarşı təklif etdiyi qoruma tədbirlərinə Aİ-nin Birlik Siyasəti çərçivəsində üç əməliyyat proqramı üzrə öhdəliklərinin 65 faizinin dayandırılması daxildir” – deyə, HaHn qeyd edib.
Bu məbləğin təqribən 7,5 milyard avroya uyğun gəldiyini bildirən Hahn Macarıstanın 17 islahat tədbiri öhdəliyi götürdüyünü bildirib. Hahn əlavə edib ki, Komissiya vəziyyəti izləyəcək və noyabrın 19-dək ittifaqa məlumat verəcək.
Şura bir ay ərzində təklifi qəbul edib-etməmək barədə qərar verməlidir. Qeyd edək ki, Macarıstan bir müddətdir demokratiya və qanunun aliliyi kimi məsələlərdə gerilədiyi səbəbiylə Aİ tərəfindən tənqid edilir.
Busaat.az























