Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 614 $▲0.79%
  • Ethereum1 815 $▲2.66%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Avropa İttifaqı qərar qəbul edəcək: “Ukraynada 15 min əsgər…”

image-avropa-ittifaqi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa İttifaqı (Aİ) Xarici İşlər nazirləri 15 min Ukrayna hərbiçisinə təlim keçmək üçün Aİ missiyasının başlamasını təsdiqləyəcək. Missiya 24 ay üçün nəzərdə tutulub və onun ehtiyacları üçün 106,7 milyon avro ayrılmalıdır.

Busaat.az xəbər verir ki, Aİ Xarici İşlər nazirlərinin 15 min Ukrayna əsgərinə təlim keçmək üçün Aİ missiyasının işə salınması ilə bağlı qərar verəcəyi gözlənilir.

Bundan əlavə Aİ Xarici İşlər nazirləri iğtişaşların amansızlıqla yatırılmasına görə İrana qarşı sərt sanksiyaları nəzərdən keçirəcək, həmçinin Balkanlardakı vəziyyəti və BMT-nin Beynəlxalq İqlim Konfransının xarici siyasət aspektlərini müzakirə edəcək.

Aİ Xarici İşlər Xidmətindəki mənbənin jurnalistlərə verdiyi məlumata görə, Aİ şurası dəstək missiyasının başlaması və onun maliyyələşdirilməsi proseduru ilə bağlı rəsmi qərarlar qəbul edəcək.

Missiya EUMAM Ukraine adlanacaq. Aİ Xarici Xidmətinin məlumatına görə missiya Ukrayna Silahlı Qüvvələri və ərazi müdafiə bölmələri üçün fərdi, kollektiv və xüsusi təlimlər keçirəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90665