
Avropa ölkələri “Taxıl sazişi”ndə “vicdansız” mövqe sərgiləyir– Kreml
Avropa ölkələrinin Qara dəniz taxıl sövdələşməsi ilə bağlı mövqeyi “vicdansızlıq”dır.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözcüsü Dmitri Peskov bildirib.
“Bu halda Avropa ölkələrinin mövqeyini vicdansız adlandırmaq daha məqsədəuyğun olardı”, – Peskov deyib.
O, qeyd edib ki, Kreml Blinkenin bəyanatı ilə qəti şəkildə razılaşmır.
“Rusiya ilə bağlı müddəalarının heç vaxt yerinə yetirilməməsinə baxmayaraq, biz öhdəliklərimizi yerinə yetirdik və müqavilənin müddətini bir neçə dəfə uzatdıq”, – diplomat qeyd edib.
Peskov bəyan edib ki, Moskva BMT-nin baş katibi Antonio Quterreşin səylərini və Avropa ölkələrini taxıl sazişi üzrə öhdəliklərini yerinə yetirməyə inandırmaq cəhdlərini yüksək qiymətləndirir.
Qeyd edək ki, Qara Dəniz Taxıl Təşəbbüsü sazişi iyulun 17-də fəaliyyətini dayandırıb. Rusiya müqavilənin daha da uzadılmasına razılıq verməyib, çünki Rusiya kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması ilə bağlı sazişin müddəaları heç vaxt yerinə yetirilməyib.
Peskov bildirib ki, Moskva yalnız Rusiya ixracı ilə bağlı müddəaların lazımi qaydada yerinə yetirilməsindən sonra razılaşmanı bərpa etməyə hazırdır.
Busaat.az























