Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 990 $▼1.81%
  • Ethereum1 893 $▼1.78%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Avropa Parlamentində Rusiya böhranı: Rusmeyilli qrup formalaşır?

image-16336485964127333238_1000x669
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Avropa Parlamentinin hollandiyalı deputatı Marsel de Qraff qurumun anti-Rusiya mövqeyində olduğu bildirərək qrupu tərk edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı diplomat özünün şəxsi Twitter hesabından etdiyi paylaşımda verib.

Məlumata görə, Marsel de Qraff Rusiya əleyhinə olduğu üçün Kimlik və Demokratiya Qrupundan ayrıldığını açıqlayıb. De Graaff ayrılma qərarı ilə bağlı qeyd edib: “Mən Kimlik və Demokratiya Qrupundan ayrılıram. NATO və Ukrayna ilə bağlı fikirlərimə görə məni susdurmaları dözülməzdir”.

“Rusiya ilə gərginliyi azaltmalıyıq. Bu, bizim müharibəmiz deyil, amma bunun bədəlini biz ödəyirik” deyən De Qraaf, bu fikri dəstəkləyən yeni bir qrup yaratmaq istədiyini bildirib.

Hollandiyada ifrat sağçı Thierry Baudetin rəhbərlik etdiyi Demokratiya Forumu Partiyasının (FvD) üzvü De Qraaf öz açıqlamasında partiyanın bəyanatına da yer verib. FvD-nin açıqlamasında, keçən həftə verilən qərarla De Qraafın NATO və Ukrayna ilə bağlı fikirlərinə görə Kimlik və Demokratiya Qrupuna üzvlüyünün 3 ay müddətinə dayandırıldığı bildirilib.

Kimlik və Demokratiya Qrupunda fərqli fikirlərə yer olmadığına diqqət çəkilərək, AP deputatlarının Rusiya-Ukrayna məsələsində ölkələrinin mövqeyini dəstəkləməyə məcbur olduqları qeyd edilib. De Qraafın Rusiyaya əleyhinə sanksiyalara qarşı çıxan, Ukraynadakı gərginliyi azaltmaq istəyən, Aİ-yə üzv ölkələrin muxtariyyətinə hörmət edən və məcburi peyvəndlərə “yox” deyənlərlə yeni qrup yaratmaq istədiyi vurğulanıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88538