Avropa Parlamentində Türkiyə ilə bağlı hesabat müzakirə edilib

image-010800024154backend

Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsində “2022 Türkiyə Hesabatı” müzakirə edilib.

Busaat.az xəbər verir ki, Devid MakAllisterin sədrliyi ilə toplaşan deputatlar ispaniyalı deputat və məruzəçi Naço Sançes Amorun hazırladığı hesabat layihəsi ilə bağlı fikirlərini bildiriblər.

Bundan əlavə, Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra ümumilikdə Avropa İttifaqı (Aİ)-Türkiyə münasibətləri ilə bağlı qiymətləndirmələr aparılıb.

Komitə iclasında Aİ Komissiyası və Aİ Xarici Əlaqələr Xidməti rəsmilərinin Aİ-Türkiyə münasibətlərinə dair fikirləri də dinlənilib.

AP-nin “2022 Türkiyə Hesabatı”nın aprel ayında açıqlanması gözlənilirdi. Lakin hesabatın açıqlanması may ayında Türkiyədə keçirilən seçkilərə görə gecikib.

Hesabat layihəsi yekunlaşdıqdan sonra onun komitədə, ardınca isə bu yay AP Baş Assambleyasında səsverməyə çıxarılacağı və orada da səsə qoyulacağı gözlənilir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki