
Avropa Parlamentinin deputatları Aİ Komissiyasına Macarıstanla bağlı şikayət edib
Avropa Parlamentinin (AP) deputatları Macarıstanın Avropa Birliyindən (AB) vəsaitlər alması üçün lazım olan prinsiplərə uyğun olub olmaması ilə bağlı danışıqlar aparan Aİ Komissiyasına sözügedən ölkənin lazımi kriteriyalara cavab vermədiyini əsas gətirərək xəbərdarlıq ediblər.
Busaat.az xəbər verir ki, bu barədə açıqlama verən Avropa İttifaqının (Aİ) Ədalət Komissiyasının üzvü Didye Reynders AP Baş Assambleyasının sessiyasında bildirib ki, son aylar danışıqlarda irəliləyiş əldə olunub.
Reynders bildirib ki, Macarıstan komissiyanın şərtlərinə əməl etmək öhdəliyi götürdüyü 17 tədbirlə bağlı irəliləyişlər barədə məlumat verib.
Reynders, Komissiyanın AB büdcəsinin qorunmasını təmin etmək üçün sözügedən məlumatı diqqətlə qiymətləndirdiyini və yekun qərarın dekabrın 19-dək Şura tərəfindən səs çoxluğu ilə veriləcəyini bildirib.
İclasda çıxış edən AP-nin nüfuzlu deputatlarından hollandiyalı Sophie int Veld, “Bir uşaq belə görə bilərdi ki, Macarıstan kriteriyalara cavab vermir” – deyə, tənqidlə çıxış edib.
“Bu, parlamentdəki əksəriyyətin fikridir. Harmoniya yoxdur. Macarıstanın Baş naziri Viktor Orban veto hüququndan hər fürsətdə Aİ-ni şantaj vasitəsi kimi istifadə edir” – deyə, Sophie İnt Veld deyib.
Mütərəqqi Sosialistlər və Demokratlar Alyansı Qrupunun ispan deputatı Eider Gardiazabal Rubial qeyd edib: “Macar hökuməti qanunun aliliyinə hörmət etmir. Vəsaitlərin dondurulmasını təsdiqləmək düzgün qərar olacaq”.
Qeyd edək ki, Sentyabrın 18-də Aİ Komissiyası qanunun aliliyi prinsipini pozduğuna görə Macarıstana Aİ büdcəsindən ayrılan təxminən 7,5 milyard avro vəsaitin dayandırılmasını təklif edib. Macarıstan da öz növbəsində Komissiyanın təklifinə daxil edilmiş 17 düzəldici tədbiri yerinə yetirməyi öhdəsinə götürüb.
Orban noyabrın 18-də paytaxt Budapeştdə keçirilən konfransda deyib ki, Aİ Macarıstana ayrılacaq vəsaiti dayandırarsa, 2023-cü il üçün Ukraynaya ayrılması planlaşdırılan 18 milyard avroluq yardım paketini təsdiq etməyəcək.
Busaat.az























