
Avropa Ukraynanın bərpası üçün 400 milyon avrodan çox vəsait ayıracaq - Denis Şmıqal
Avropa İnvestisiya Bankı (AİB) və Aİ-yə üzv ölkələr Kiyev hökumətinə ölkədəki yenidənqurma layihələrini maliyyələşdirmək üçün 400 milyon avrodan çox vəsait ayıracaqlar.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
“AİB və Aİ-yə üzv dövlətlər Ukraynanın yenidən qurulması üçün 400 milyon avrodan çox vəsait ayırırlar”, – nazir bildirib.
“Bu, ukraynalılar üçün təcili yenidənqurma layihələrinin, o cümlədən kritik infrastrukturun maliyyələşdirilməsinə kömək edəcək”, – nazir qeyd edib.
Nazir bildirib ki, heç də bütün Avropa ölkələri Ukraynaya nəhəng vəsaitlərin ayrılmasından məmnun deyil. Məsələn, Macarıstanın baş naziri Viktor Orban bir müddət əvvəl vurğulamışdı ki, Ukraynaya axıdılan Avropa vəsaitləri münaqişənin sona çatmasına kömək etməyəcək və əksinə, onun həllini gecikdirəcək.
Busaat.az























