Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.75 $▲0.13%
  • WTI neft88.63 $▲0.43%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.252 $▼2.40%
  • Qızıl3 890 $▼0.70%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda592.50 ¢▲0.21%
  • Bitcoin68 844 $▼3.54%
  • Ethereum1 939 $▼3.89%
  • S&P 5007 543▼0.64%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Avropa zənn edildiyi qədər rahat və dinc deyil” - Ərdoğan

image-erdoghanyeni
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Avropa zənn edildiyi qədər rahat və dinc deyil, çox fərqli bir istiqamətə gedir”.

APA-nın “Hürriyyət“ə istinadən xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrinə səfərindən geri qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Türkiyənin təbii qazla bağlı hər hansı bir narahatlığı yoxdur və Rusiya Türkiyəyə qarşı hər hansı bir sanksiya tətbiq etmir.

Ərdoğan Türkiyəyə ixrac edilən qazın qiyməti ilə bağlı Rusiya tərəfi ilə danışıqların olduğunu qeyd edib. O əlavə edib ki, 2023-cü ildə Türkiyə öz təbii qazını çıxarmağa başlayacağı təqdirdə vətəndaşlara daha ucuz qiymətə qaz satışı həyata keçiriləcək.

Türkiyə Prezidenti qeyd edib ki, daha əvvəl Almaniya və Fransa liderləri ilə söhbətləri zamanı onlar kömürlə işləyən İES-lərin, hətta AES-lərin istismardan çıxarılmasında israrlı olduqlarını bildiriblər. Lakin Avropada qaz böhranı səbəbi ilə həmin ölkələr əvvəlki yaşıl enerji siyasətlərinin ziddinə olaraq həmin stansiyaların fəaliyyətini bərpa etməyə başlayıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85250