
Avropada enerji böhranı böyüyür: Oduna təlabat artır
Avropada qış öncəsi oduna olan tələbatda böyük artım yaşanır.
Busaat.az xəbər verir ki, Ukraynadakı müharibə Avropada enerji güvənliyini təhdid etməyə davam edərkən, avropalılar bu qış isinmək üçün odun yandırmağı planlayır. Oduna olan tələblər odun qiymətlərinin yüksəldilməsinə səbəb olub. Ancaq indidən anbarların gözləmə siyahısı dolub daşmağa başlayıb. Digər tərəfdən yanacaq kimi odun istifadə edilməsinin ətraf mühitə təsir edəcəyi narahatlıqlar yaradıb.
Avropada insanların ehtiyacını qarşılamaq üçün meşələrdən odun toplamağa və ağac kəsməyə başlaması səlahiyyətliləri narahat edib. Bəzi siyasətçilər isə, bu mövzuya həssas yanaşmağı üstün tutub.
Qeyd edək ki, Polşada hakim partiyanın lideri Yaroslav Kaçinski Sentyabr ayında insanların təkər və zərərli maddələr istisna olmaqla hər şeyi yandırmaqda sərbəst olduğunu elan edib.
Busaat.az























