Avropada məktəb kitablarında PKK təbliğatı – FOTO

Avropada məktəb kitablarında PKK təbliğatı – FOTObackend

Fransa Prezidenti Emmanuel Makron tərəfindən Elisey sarayında qonaq olan PKK liderləri və təmsil etdikləri terror ideologiyası ölkədəki lisey kitablarına daxil edilib.

Busaat.az xəbər verir ki, YPG-ni simvolizə edən köhnə paltarlar və terrorçuların xüsusi geyimli fotoşəkilləri yer alan kitabın “Dövlətsiz millət: Kürdlər” başlıqlı bölməsində kürdlər, “dünyada dövləti olmayan ən böyük millət” olaraq xarakterizə edilib

Kitabda həmçinin, PKK-nın tarixi ilə bağlı xronoloji məlumatlar və peşmərgə ilə əlaqəli məlumatlar da yer alıb.

2020-2021 tədris ili üçün köməkçi kitab kimi hazırlanan tədris materialında terror təşkilatı YPG/PKK-nı təsvir edən iki səhifə var. Bu isə ölkədə birmənalı qarşılanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki