Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 732 $▲0.97%
  • Ethereum1 811 $▲2.41%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Avropada silahlara nəzarət məsələsində Rusiya ilə danışıqlara hazırıq – Şolz

image-olaf
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya ilə Avropada silahlara nəzarət məsələsi ilə bağlı danışmağı zəruri hesab edirik. Lakin bunun üçün ilk növbədə Rusiya Ukraynadakı döyüş əməliyyatlarını dayandırmalıdır.

Busaat.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib. Almaniyanın Funke Media Qrupuna müsahibəsində Şolz bunları qeyd edib: “İlk növbədə, Rusiya müharibəni dayandırmalı və qoşunlarını çıxarmalıdır.

Düzdür, bundan sonra Avropanın təhlükəsizliyini necə təmin edə biləcəyimiz sualı ortaya çıxacaq. Təbii ki, biz Rusiya ilə Avropada silahlara nəzarətlə bağlı danışmağa hazırıq. Biz bunu müharibədən əvvəl təklif etmişdik. Bu mövqemizdə dəyişən nəsə yoxdur”. Şolz Almaniyanın Ukraynanı dəstəkləməyə davam edəcəyini bir daha təkrarlayıb, lakin Rusiya-NATO qarşıdurmasına qarşı xəbərdarlıq edib. “Biz Rusiya ilə NATO arasında birbaşa müharibənin qarşısını almaq üçün əlimizdən gələni edirik. Belə bir münaqişə yaşanarsa, münaqişədə yalnız uduzanlar olacaq”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93373