
Avropadan silah və dəstəklə qayıtdım - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski İtaliya, Almaniya, Fransa və İngiltərəyə səfər edərək 3 günlük səfərini başa vurub.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski gündəlik müraciətində bu səfərlərin təfərrüatlarını xalqa paylaşıb.
Ölkəyə daha çox silah, Ukrayna xalqı üçün daha çox müdafiə və daha çox siyasi dəstəklə qayıtdığını bildirən Zelenski, bütün görüşlərində Ukrayna Sülh Formulasının müzakirə edildiyini bildirib.
“Hazırda tərəfdaşlarımız arasında “Ukrayna formulu”na əməl etməyə daha çox istək var. Bizim Aİ-yə daxil olmağımız üçün daha çox dəstək var, Ukraynanın NATO-ya daxil olmasının baş verəcəyini və bunun qaçılmaz olduğunu daha çox başa düşürük”, – deyə Zelenski bildirib.
Busaat.az























