Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.88 $▼3.88%
  • WTI neft82.08 $▼3.14%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.405 $▲7.69%
  • Qızıl3 731 $▼1.46%
  • Gümüş44.98 $▼1.81%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 388 $▼3.83%
  • Ethereum1 747 $▼4.17%
  • S&P 5007 323▼0.24%
7°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Avropanı etiraz dalğası bürüdü – Minlərlə insan küçələrə axışdı

image-thumbs_b_c_5b7298e7cf1a3f7dd1250d18b828b9d7
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yeni tip koronavirusla mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərə qarşı etirazlar Avropanın bir çox ölkəsinə sıçrayıb.

Busaat.az xəbər verir ki, bəzi ölkələrdə polislə etirazçılar arasında qarşıdurma yaşanır.

Ən şiddətli aksiyalar Niderland, Belçika, Sloveniya, Çexiya, Avstriya, Macarıstan və Bolqarıstanda yaşanır.

Niderlandda küçəyə çıxma qadağasının ikinci həftəsində polisin sərt tədbirlərinə rəğmən, etirazlar bazar gününə qədər davam edib. Amsterdamdakı Muzeylər Meydanında toplaşan yüzlərlə etirazçı məhdudiyyətlərin dərhal ləğv edilməsini tələb edir.

Polis aksiyalara səs bombası və təzyiqli su ilə müdaxilə edir.

Avstriyadakı etirazlarda bir qrup mitinqlərin qadağan olunmasına rəğmən, paytaxt Vyananın əhəmiyyətli prospektlərindən biri olan Rinqstrasse nəqliyyatın hərəkətinə bağlanıb. “Peyvənd məcburiyyətinə yox”, “Sənin (baş nazir) qaydalarından bezdik” kimi şüarlar səsləndirilib. Etirazlarda 32 nəfər saxlanılıb, 2 min insana cərimə yazılıb.

Belçikadakı aksiyalarda 300 nəfər saxlanılıb. Sosial media vasitəsilə təşkilatlanan vətəndaşlar paytaxtın mərkəzi qatar stansiyası və şəhərin simvolik abidələrindən olan “Atomium” yaxınlığında toplaşmaq istəyib. Etirazçılar pandemiya tədbirlərinin yumşaldılmasını tələb edib.

ƏTRAFLI
ŠKODA Scala – Yolla
Danimarkada 2020-ci ilin dekabr ayında başlayan etirazlar hələ də davam etməkdədir.

“Qara geyinən adamlar” (Men in Black) tərəfindən ölkənin ikinci böyük şəhəri olan Arxusda etiraz aksiyası keçirilib. Polis 4 nəfər barəsində tədbir görüb, hüquq-mühafizə orqanları əməkdaşlarına daş atan 20 yaşlı qadın saxlanılıb.

Bolqarıstanda Səhiyyə naziri Kostadin Angelovun istefası tələb olunub. Baş nazirin ofisinin qarşısında toplaşan aksiyaçılar restoranların 1 fevral, əyləncə məkanlarının 15 fevraldan etibarən açılmasını tələb edib.

Sloveniyada hökumətdən məktəblərin açılması tələb edilir. Koper şəhərində yüzlərlə tələbə və valideynin qatıldığı aksiyalarda artıq distant təhsildən imtina gündəmə gətirilib.

Macarıstanın paytaxtı Budapeştdəki Qəhrəmanlar Meydanında toplaşan vətəndaşlar məhdudiyyətlərin ləğvini tələb edib.

Çexiyadakı mitinqlər digərlərinə nisbətən daha sakit keçib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=33443