Avropaya gedən türk həkimlərin sayında artım var

image-1678173425_7cd0032f5497cd59712dcdb18d08325c1604134582_bashekim-jpgbackend

Almaniyaya gedən türk həkimlərin sayı əsrin rekordunu qırıb.

Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ilin ilk üç ayda 700 həkim Avropaya gedib. Almaniyaya gedənlərin sayı 10 mini keçib. Türkiyəli həkimlər 21 ay işlədikləri təqdirdə Almaniyada daimi yaşamaq hüququ qazanacaqlar.

Almaniya başda olmaqla Avropa ölkələrinə gedən türk həkimlər əsrin rekordunu qırıblar. Bu ilin ilk 3 ayında 700 həkim Türkiyə Tibb Birliyinin “Yaxşı Davranış Sertifikatı” alıb. Əvvəlki illərin ilk üç ayına əsasən, sertifikat alan həkimlərin sayında ən yüksək göstərici 2022-ci ildə olub. Ötən il 567 həkim sertifikat alıb.

Bu sənəd üçün 2021-ci ildə 253 həkim, 2020-ci ildə 221 həkim, 2019-cu ildə 275 həkim müraciət edib. 2019-cu ilə qədər Avropaya gedən həkimlərin sayı bu rəqəmlərdən xeyli aşağı idi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki