
Avstraliya çimərliyində “su pərisi” skeleti tapılıb
Avstraliyada yerli sakin çimərlikdə su pərisi skeletini xatırladan qalıqlar tapıb.
Busaat.az xəbər verir ki, bu barədə LADBible nəşri yazır.
Skelet 34 yaşlı Bobbi Oates adlı qadın tərəfindən tapılıb. Onun sözlərinə görə, qalıqlar su pərisinə məxsus kimi görünür.
“Biz çimərlik boyu maşınla düşərgə üçün yer axtarırdıq və kəllənin insana nə qədər bənzədiyini gördük. Sümüklər su pərilərinə bənzəyirdi”, – qadın bildirib.
O, əlavə edib ki, tapılan canlının uzunluğu təxminən iki metrdir. Hadisə yerindən görüntülər paylaşıldıqdan sonra insanlar öz təxminlərini bölüşməyə başladılar, lakin Ceyms Kuk Universitetinin professoru Helen Marş izləyicilərin şübhələrini aradan qaldırdı.
Professorun sözlərinə görə, sümüklər böyük ehtimalla suitiyə aiddir. Ancaq qalıqların ətraflı araşdırılmasından sonra dəqiq cavab veriləcək.
Busaat.az























